"Amerikanka"lar xeyli bahalaşacaq - Gürcüstan rüsumları iki dəfə artırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan yolu ilə Azərbaycana gətirilən avtomobillər xeyli bahalaşacaq.
Milli.Az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin yeni qanun layihəsi bunu deməyə əsas verir.
Belə ki, sənədə əsasən, Gürcüstanda xarici ölkə vətəndaşlarının alacağı və yaxud təkrar ixrac edəcəyi nəqliyyat vasitələri ilə bağlı rüsumlar artırılacaq.
Mövcud qaydalara əsasən tranzit nömrə üçün tətbiq olunan 50 lari (32 manat) rüsumun 370 lariyə (233 manat) qədər qaldırılması nəzərdə tutulur.
Həmçinin, ölkədə alınan və ya təkrar ixraca yönəldilən avtomobil üçün ekspertiza aktının hazırlanması da artıq daha baha başa gələcək. Bu xidmətə görə rüsum 100 laridən 180 lariyə, yəni 63 manatdan 113 manata yüksəldiləcək.
İxrac və ya təkrar ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə dair gömrük bəyannaməsi və ya qeydiyyat şəhadətnaməsinin agentlik tərəfindən doldurulması üçün ödəniş də artırılır. Əvvəl 130 lari olan rüsum 200 lariyə, yəni 82 manatdan 126 manata çatdırılacaq.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 181 milyon dollar dəyərində 6 771 ədəd minik avtomobili ixrac edib.
Qeyd edək ki, ABŞ-dən gələn bütün avtomobillər gəmi ilə Poti limanına oradan da Bakıya göndərilirdi. Potidən Azərbaycana gətirilən avtomobillərin hamısı bu prosedurlardan keçdiyi üçün əlavə xərc alıcının üzərinə düşəcək. Bu da qiymətlərə ciddi şəkildə təsir edəcək.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
“Mercedes” bu avtomobili 25 milyon avroya hərraca çıxaracaq
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
XƏBƏR LENTİ
-
Ağsuda çinar ağacı qırılaraq 6 yaşlı uşağın üzərinə düşdü
-
Pəncəli Teymurovun qardaşı vəzifəyə təyin olundu
-
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirilib - (Video/Foto)
-
Kəmalə Günəşli: "Danimarkada heykəlimi qoyublar, mənə "çuşka" deyirsiniz" (Video)
-
Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?
-
“Beşiktaş” və “Trabzonspor” avrokuboklarda qələbə qazandı
-
İşə maşınla gedənlərin diqqətinə
-
Fira Cəlilovanın bağ evinə basqın: 30 minlik qızılları oğurlandı (Video)
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək





