Mədəniyyət

"Məleykə Əsədova ailə quracaq" - Naibə Allahverdiyeva - VİDEO

15 Mart 2021 11:23
Baxış: 3 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənim görücülük qabiliyyətim var. Nələr olacağını əvvəlcədən görürəm. Hətta əlimdə enerji var. Kiminsə başı ağrıyırsa, əlimi çəkirəm. Hətta anamın ayaqları ağrıyanda, əlimi çəkirdim və keçirdi. Qızımın dünyaya gəlməsi belə mənə əvvəlcədən agah olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti naibə Allahverdiyeva "ATV maqazin onlarla" proqramında deyib. Aktrisa öncəgörücülük qabiliyyəti olduğunu söyləyib. N.Allahverdiyeva hətta həmkarları ilə bağlı hisslərini də bölüşüb:

"Hətta bir həmkarıma demişdim ki, fəxri ada layiq görüləcəksən. Sonra aramız dəydi, danışmadıq. Amma o, fəxri ad aldı.

Məleykə Əsədovanın ailə qurmasını görürəm. Amma tez zamanda deyil. Allah ona gözəllik verib. Qadın qadın kimi də xoşbəxt olmalıdır. Bunu da hiss edirəm ki, 5-6 ildən sonra böyük sevgi yaşayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.