İdman

İtaliyaya yollanan "Qarabağ"ın futbolçusu hava limanında problemlə üzləşdi - FOTO

23 Noyabr 2025 19:20
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə "Napoli" ilə qarşılaşacaq "Qarabağ" İtaliyaya yola düşüb.

Milli.Az xəbər verir ki, matçın baş tutacağı Neapol şəhərinə çarter reysi ilə yollanan Ağdam klubunun bir futbolçusu Heydər Əliyev adına Beynəlxalq Aeroportunda problemlə üzləşib. Söhbət qapıçı Fabiyan Buntiçdən gedir.

Xorvatiyalı qolkiper gömrük məntəqəsində bahalı saatına görə problem yaşayıb. Buna görə də onun təyyarəyə minməsinə icazə verilməyib. Bu müddətdə Buntiç tək olmayıb. Komanda yoldaşı Elvin Cəfərquliyev problemin həllində gömrük işçilərinə, Fabiyana kömək edib. O, tərcüməçilik funksiyasını öz üzərinə götürüb.

Problem 20-30 dəqiqə ərzində aradan qaldırılıb və futbolçular təyyarəyə yollanıblar.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də keçiriləcək. (publika.az)

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.