Ölkə

Samirin ailəsinin son durumu açıqlandı

23 Noyabr 2025 21:11
Baxış: 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olan Samir Məhəmmədovun ailəsinin son durumu açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ailənin yaxını məlumat yayıb.

Onun sözlərinə görə, 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl və anası Marta Ramazanovanın vəziyyəti ağır olaraq qalır.

Onlara pnevmoniya diaqnozu qoyulub. Bundan əlavə, Martanın gözləri də zədələnib.

Ana və oğlu özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə köçürülüb.

Digər uşaq, Danielin isə vəziyyəti qənaətbəxşdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.