Söndürülsə belə elektrik sərf edən 8 cihaz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektrik xərclərini gizlicə artıran 8 cihaz müəyyən edilib. Mütəxəssislərə görə, evlərdəki "enerji vampirləri" ümumi elektrik sərfiyyatının 23%-nə qədərini təşkil edir.
Milli.Az söndürülsə belə elektrik sərf edən 8 cihazı təqdim edir:
1. İsitmə cihazları (elektrikli radiator və qızdıricılar)
Yanğın təhlükəsizliyi hesabatlarına görə portativ elektrik qızdırıcıları ildə təxminən 10 min ev yanğınının səbəbidir. Dijital zamanlama və ya temperatur sensoruna malik modellər söndürülmüş vəziyyətdə belə elektrik çəkməyə davam edir. Mütəxəssislər bu cihazların mütləq elektrik yuvasından çıxarılmasını tövsiyə edir.
2. Fen və saç formalaşdırıcılar
Bu cihazlar söndürüldükdə enerji sərf etməsə də, xüsusilə hamam kimi nəmli mühitdə cərəyanda saxlanması elektrik vurması və qısaqapanma riskini artırır. Elektrik mühəndisləri hər istifadədən sonra cihazın mütləq elektrik yuvasından çıxarılmasını tövsiyə edir.
3. Televizorlar
NRDC-nin ölçmələrinə görə, müasir televizorlar standby rejimində 2-54 watt arasında enerji sərf edir. Xüsusilə az istifadə olunan otaqlardakı televizorlar evin elektrik xərcini lazımsız yerə artırır.
4. Dəsmal qızdırıcıları
Bəzi modellərdə açma-söndürmə düyməsi olmadığı üçün onlar daim elektrik sərf edir. Orta hesabla bir dəsmal qızdırıcısı standby rejimində 140 watt-a qədər enerji çəkə bilər.
5. Oyun konsolları və peyk/kabel qəbulediciləri
Bu cihazlar evdə ən yüksək gizli enerji sərf edən avadanlıqlar arasındadır. Xüsusilə smart TV istifadə edən ailələrdə dekoderin ləğv edilməsi belə xeyli qənaət gətirir.
6. Ev-ofis cihazları (printer, kağız doğrayan və s.)
Printerlər, skanerlər və kağız doğrayıcılar söndürülmüş görünsə də, hazır gözləmə rejimində enerji sərf etməyə davam edir. Bu avadanlıqları elektrikdən ayırmaq illik elektrik xərcini əhəmiyyətli dərəcədə azaldır.
7. Kompüter və noutbuklar
Bir stolüstü kompüterin standby sərfiyyatının illik maliyyəti təxminən 50 dollar edir. Mütəxəssislər cihaz uzun müddət istifadə olunmayacaqsa, xüsusilə səfərlər zamanı tamamilə fişdən çıxarılmasını məsləhət görür.
8. Taymerli mətbəx cihazları
Kofe maşınları, mikrodalğalı sobalar və rəqəmsal saatlı bişirmə cihazları davamlı olaraq az miqdarda elektrik sərf edir. Əgər taymer funksiyası istifadə olunmursa, bu cihazları da elektrikdən çıxarmaq tövsiyə olunur.
Evdə gizli elektrik sərfiyyatını necə azaltmalı?
Enerji effektivliyi üzrə mütəxəssislər aşağıdakı addımları məsləhət görür:
Az istifadə olunan cihazların elektrikdən ayırmaq
Kompüter və oyun konsollarında enerji qənaəti rejimini aktivləşdirmək
"Quick start" kimi əlavə enerji sərf edən funksiyaları söndürmək
Yeni cihaz alarkən standby sərfiyyatı az olan modellərə üstünlük vermək
Telefon və noutbuk adapterlərini boşda elektrikdə saxlamamaq (xüsusilə orijinal olmayan adapterlar daha çox enerji sərf edir)
Mütəxəssislər qeyd edir ki, köhnə elektron cihazlar yeniləri ilə müqayisədə dəfələrlə artıq standby sərfiyyatı yaradır. Buna görə də cihaz yenilənməsi zamanı enerji etiketlərinə diqqət etmək uzunmüddətli qənaət üçün mühüm rol oynayır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur





