Şou-biznes

Rəqsanədən xəbərdarlıq: “İctimaiyyəti çaşdırmayın” - FOTO

23 Noyabr 2025 19:18
Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəzi səhifələrə və özünü "media" kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm.

Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və piar qazanmağa çalışırlar".

Milli.Az xəbər verir ki, bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım yazıb.

O, bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq:

"Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək.

Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın".

Qeyd edək ki, sosial şəbəkələrdə R. İsmayılovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı.

Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur. (Qafqazinfo.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.