Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib - FOTO

23 Noyabr 2025 18:27
Baxış: 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə Zəfər Gününə həsr olunmuş tədbirin əsas mərhələsi Gəncə Dövlət Filarmoniyasında keçirilib. Zəfər Gününə həsr olunmuş "Zəfər övladlarının mədəniyyətdə bir günü" adlı tədbirin əsas proqramı Gəncə Dövlət Filarmoniyasında davam edib. Burada Zəfər övladları və şəhər ictimaiyyəti üçün xüsusi konsert təşkil olunub.

Səhnədə əvvəlcə Gəncə Dövlət Kukla Teatrı balaca tamaşaçılar üçün uşaq tamaşası təqdim edib. Ardınca Gəncə şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri və "Zirvə" ansamblı vətənpərvərlik ruhunda çıxışları ilə proqramı zənginləşdiriblər.

Tədbir çərçivəsində Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" Nağara İfaçılar Ansamblının (Bədii rəhbər - Söhrab İbrahimov), həmçinin Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi, aşıq İlqar Nəcəfoğlu və Sazçalanlar ansamblının çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Filarmoniyada təşkil olunan zəngin proqram günün mənəvi əhəmiyyətini xüsusi olaraq vurğulayaraq Zəfər övladları üçün unudulmaz atmosfer yaradıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.