Lahıcda yerləşən tarixi hamamda bərpa işlərinin aparılmasına ehtiyac var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən "Hacı Molla Hüseyn hamamı" nın deqradasiya və struktur dağılma riski ilə üz-üzə qaldığı barədə xəbərlər yayılıb.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rufik İsmayılov Milli.Az-a bildirib ki, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu 1980-ci ildə yaradılıb. Qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisini əhatə edir.
"Qoruqda dövlət qeydiyyatına alınmış 103 tarixi və mədəniyyət abidəsinin mühafizəsi həyata keçirilir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Ərazidə Lahıc sakinlərinin yaşayış evləri də yerləşir."
R. İsmayılov qeyd edib ki, Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqlarda abidələrin bərpası davamlı xarakter daşıyır.
"Bu günə qədər bütün qoruqlarda, o cümlədən "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunda bir çox abidələr bərpa olunub. Təkcə Lahıcda 10-a yaxın abidənin layihə-smeta sənədləri hazırlanıb, müvafiq qurumlarla razılaşdırılıb. Lahıcda həyata keçirilən təmir-bərpa, yenidənqurma işləri çərçivəsində ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılıb. Qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü mərhələ-mərhələ bərpa edilir."
R. İsmayılov vurğulayıb ki, qəsəbənin mərkəzi küçəsi hesab olunan Böyük küçə və ya Bazar küçəsi də bərpa işləri nəticəsində tarixi görkəminə qaytarılıb.
"Lahıcın mis mağazaları, emalatxanaları burada yerləşir. Bütün turistlər bu məhəlləyə gəlir. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə tamaşa etmək mümkündür. Lahıcda geniş yayılmış sənət növlərindən biri də misgərlikdir. 2015-ci ildə "Lahıc misgərlik sənəti" UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Qəsəbədə 1791-ci ildə inşa edilən Bədöyün məscidində də 2021-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Tarixi məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub, qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələr əvvəlki görünüşünə qaytarılıb."
R. İsmayılov bildirib ki, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "Hacı Molla Hüseyn hamamı"na (İNV 4464) gəlincə, bu tikili dövlət mühafizəsinə götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsidir.
"Abidənin mədəni irs dəyərlərinin qorunması məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən 2021-ci ildə tarixi arxiv sənədləri əsasında "Hacı Molla Hüseyn hamamı"nın abidə pasportu hazırlanıb. Abidə xüsusi mülkiyyətdədir və hal-hazırda ilkin funksional təyinatı üzrə (hamam kimi) istifadə edilmir. Abidədə konstruktiv problemlər mövcud deyil, lakin onun üzərində konservasiya və bərpa işlərinin aparılmasına ehtiyac vardır. Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki bütün qoruqlarda olduğu kimi, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən abidələrdə bundan sonra da mərhələli qaydada bərpa və konservasiya işlərinin aparılması nəzərdə tutulub. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin müqəddəs borcudur. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə isə xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır", - deyə o qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
Böyük dünyanın kiçik qəhrəmanları: Rezo Qabriadzenin kuklaları Bakıda - (Foto)
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
XƏBƏR LENTİ
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var





