İdman

“Arsenal” “Tottenhem”i darmadağın etdi

23 Noyabr 2025 22:42
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının XII turunda oyunlar davam edir.

Milli.Az xəbər verir ki, günün ilk matçında "Lids" öz meydanında "Aston Villa" ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyununda isə "Arsenal" evdə "Tottenhem"i qəbul edib. Beş qolun vurulduğu matçda "topçular" rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

Qeyd edək ki, "Arsenal" hazırda 29 xalla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" isə 18 xalla doqquzuncu pillədə qərarlaşıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.