Noyabrın 21-də Yasamalda baş vermiş güclü yanğın zamanı həlak olan şəxslərdən biri Samir Kamal oğlu Məhəmmədov olub.
Milli.Az-ın məlumatına görə, hazırda onun ailəsi də xəstəxanada reanimasiyada müalicə alır.
Samir Məhəmmədovun övladları, 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl və Məhəmməd Daniel Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər.
Qeyd olunur ki, mərhum S. Məhəmmədov "Kapital Bank"da layihə meneceri vəzifəsində çalışıb.
Yanğın zamanı həmin binada yaşayan jurnalist Heydər Mirzə ailənin fotosunu sosial şəbəkədə paylaşıb.
Milli.Az





