Azərbaycanın Xalq artisti Təranə Muradova yaxın günlərdə Moskvada çoxqat dünya çempionu olmuş məşhur rəqqaslar Denis Taqintsev və Eldar Cəfərov ilə birlikdə qara-ağ fotosessiya həyata keçirib. Sosial şəbəkələrdə böyük maraq doğuran bu layihə xüsusi simvolikası ilə seçilib.
"Çəkilişə hazırlaşanda təsəvvürümə dərhal ağ bir qu quşu gəlmişdi. Ağ kostyum geyinmək, oğlanların da işıqlı rənglərdə olması - kompozisiyanın təmizlik, ümid və gələcəyə doğru hərəkət rəmzini yaratmasını istəyirdim. Lakin Moskvada Denis Taqintsevin rəqs teatrına gəlib, dünyaca məşhur bal rəqqasları üçün hazırlanmış geyimlərin tikildiyi böyük sexi görəndə hər şey dəyişdi. Orada elə ustalar var ki, dünyanın hər yerindən rəqqasların paltarlarını hazırlayırlar - atmosfer insanı sözün əsl mənasında sehrləyir.
Məhz orada qara ilə ağın birləşməsini gördüm. O anda beynimdə bir assosiasiya yarandı: səhər və axşam, həyatın ağ və qara zolağı. Məncə, hər bir insanın taleyində bu iki rəng mütləq olur. Onlar yanaşı gedir, bir-birini tarazlayır. Və biz, əlbəttə ki, həmişə işığa doğru can atırıq. Beləcə, fotosessiyanın əsas simvolu yarandı - işıq və kölgənin vəhdəti, mənim həyatımın əksi kimi.
Mən həyatımda çox şey yaşamışam: ağır günləri də, yüngül anları da, sürətli yüksəlişləri də, parlaq məqamları da. Amma hər səhər şükürlə oyanmışam - "İlahi, mənə verdiyin hər şey üçün təşəkkür edirəm" - və eyni düşüncə ilə yuxuya getmişəm. Ona görə də qara-ağ konsepsiya təkcə bədii seçim deyil - bu, mənim bir növ etirafım oldu. Konsertdə də bu obrazlarla səhnəyə çıxacağam. Çünki bunlar artıq sadəcə kostyum deyil - taleyimin, təcrübəmin və gələcəyə baxışımın rəmzidir", - deyə Təranə Muradova bildirib. Xalq artisti həmin obrazda beynəlxalq miqyaslı Azerbaijan Dance Festival layihəsində də çıxış edib.
Xatırladaq ki, 25 noyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, tanınmış rəqqasə, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq və müasir rəqslər kafedrasının dosenti, Azərbaycan Rəqs İttifaqının prezidenti Təranə Muradovanın 60 illik yubileyinə həsr edilmiş yaradıcılıq axşamı keçiriləcək.
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Səhər və axşam, həyatın ağ və qara zolağı – Azərbaycanın Xalq artisti Təranə Muradovanın fotoseti
23 Noyabr 2025 18:13
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək - VIDEO
-
Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO
-
Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” keçiriləcək
-
Əfsanəvi Elnur Məmmədov öldü - FOTOlar
-
“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” - “Dəli Kür”ün Mələyi
XƏBƏR LENTİ
-
Varlanmaq üçün nə etməliyik? - AÇIQLANDI
-
Moped sahiblərinə yeni QAYDA - 26 martdan
-
Dünya bazarında Azərbaycan nefti 2,3 dollar düşdü
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı
-
İsmayıllıda 6 otaqlı ev yanıb





