Ölkə

“Yanğın zamanı bağlı olan qapı təxliyə üçün olmayıb” - Rəsmi - VİDEO

23 Noyabr 2025 23:28
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialar yayılıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev sözügedən məsələ ilə bağlı "Real TV"yə açıqlama verib:

"Həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub. Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni, həmin qapı, təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşırır".

Xidmət rəsmisi baş vermiş faciə ilə bağlı irəli sürülən digər iddiaya, quraşdırılmış elektrik şarj aparatları ilə bağlı məsələyə də aydınlıq gətirib.

Onun sözlərinə görə, FHN bu avadanlıqların quraşdırılmasında rəy və icazə verən orqan deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.