Ermənistan

“Baqrat meymunluq edir, özü də cahildir”

27 May 2024 20:21
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keşiş Baqrat Qalstanyan meymunluq edir, bu cahil erməniləri aldadır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

Analitik keşişlikdən imtina edən din xadiminin kilsə rütbəsini necə saxladığı və fəaliyyətini dondurduğunu anlamadığını söyləyib.

Arakelyanın fikrincə, Qalstanyanın açıqlaması hiylə və meymunluqdur.

"Hər şey saxlanılırsa, dondurulan nədir? Bu cahil adam bütöv bir xalqı aldatmaq istəyir", - ekspert bildirib.

Baqrat Qalstanyan bundan əvvəl dini rütbəsinin saxlanıldığını, amma Tavuş yerparxiyasının rəhbəri kimi fəaliyyətinin dondurulduğunu açıqlayıb.

Ermənistan konstitusiyasına görə, din adamları və kilsə xadimləri siyasətlə məşğul ola bilməzlər. Bu səbəbdən Qalstanyanın siyasi hərəkata rəhbərlik etməsi sual doğurur. Keşiş artıq müxalifətin baş nazir namizədi olduğunu bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.