Ermənistan

Qalstanyanın həbs müddəti uzadıldı

13 Noyabr 2025 18:37
Baxış: 274
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha 3 ay uzadıb.

Milli.Az xəbər verir ki, bu haqda məlumatı Ermənistan mətbuatı yayıb.

Qeyd edək ki, "terror aktına hazırlıq və hakimiyyətin qəsb edilməsi" ittihamı ilə günahlandırılan Qalstanyanın həbs müddəti avqust ayında 3 ay müddətinə uzadılmışdı.

Baş nazir Paşinyan cari ilin may ayından etibarən kilsəyə qarşı hücumlarını kəskin şəkildə gücləndirmiş, sosial şəbəkələrdə kilsə rəhbərləri haqda tənqidi paylaşımlar etmiş və katolikos seçkilərinin dövlətə tabe edilməsini təklif etmişdi.

Bunun ardınca Ermənistanda bir neçə yüksək rütbəli din xadimi, o cümlədən arxiyepiskoplar Bağrat Qalstanyan və Mikael Ajapahyan, həmçinin kilsəni dəstəkləyən iş adamı Samvel Karapetyan həbs olundular. Onlar hakimiyyətin devrilməsinə çağırışda ittiham edilirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.