Sağlamlıq

Beyin damarlarının fəaliyyətinə faydalıdır

23 Noyabr 2025 05:05
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandın Maastrixt Universitetinin alimləri mütəmadi olaraq qızardılmış, duzsuz yerfındığını yeməyin beyin fəaliyyətini dəstəkləməyə və yaddaşın yaşla əlaqəli zəifləməsini yavaşlatmağa kömək edə biləcəyini müəyyən ediblər.

Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Clinical Nutrition" jurnalında dərc olunub.

Araşdırmada 60-75 yaş arası 31 nəfər iştirak edib. Onlar 16 həftə ərzində hər gün 60 qram qabıqlı yerfındığı yeyiblər. Dörd aydan sonra həkimlər beyin qan dövranında 3,6% artım və yaddaş göstəricilərində təxminən 6%-lik yaxşılaşma müşahidə ediblər. İştirakçılar həmçinin qeyd ediblər ki, onlarda təzyiq bir qədər azalıb.

Alimlər hesab edirlər ki, məsələ yerfındığının tərkibindədir. Onun tərkibində çoxlu bitki mənşəli zülal, L-arqinin, faydalı yağlar və polifenollar var. Bu maddələr damarları möhkəmləndirir və iltihabı azaldır. Qabığında isə orqanizmin müdafiəsini gücləndirən lif və antioksidantlar mövcuddur. /Lent.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.