Ermənistan

Karapetyan həbsdə qaldı

14 Noyabr 2025 00:54
Baxış: 2 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Antikorrupsiya Məhkəməsinin hakimi Karen Amiryan Rusiya əsilli erməni iş adamı Samvel Karapetyanın vəkillərinin apellyasiya şikayətini rədd edib.

Milli.Az bu barədə "Hraparak" məlumat yayıb.

Xatırladaq ki, iyunun 18-də hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttiham onun kütləvi çıxışında "siyasətçilər bu işi yerinə yetirə bilməsələr, biz öz tərzimizlə müdaxilə edəcəyik" deməsi ilə əsaslandırılıb.

Qeyd edək ki, S. Karapetyan 4.5 milyard dollar sərvətə malikdir. O, Rusiyada sənaye və tikinti korporasiyası olan "Tashir" qrupun qurucusudur.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.