Ermənistan

Paşinyan Kristina Kvieni ilə regiondakı vəziyyəti müzakirə edib

6 Fevral 2024 17:08
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kvieni qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-ABŞ əməkdaşlığını müzakirə ediblər.

"Baş nazir qeyd edib ki, Ermənistan hökuməti ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində səylərini və regionda sabitliyin bərqərar olunmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir", məlumatda qeyd olunub.

Tərəflər, həmçinin Cənubi Qafqazda vəziyyət, regional infrastrukturların blokdan çıxarılması imkanları, Ermənistan hökumətinin "Sülh kəsişməsi" layihəsi ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.