Təmizlik vasitələrinin üzərində bu simvollar yoxdursa, əsla istifadə etməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ev təmizliyində istifadə olunan vasitələrin üzərindəki təhlükəsizlik nişanları bir çox insanın fərqinə varmadığı həyati əhəmiyyətli xəbərdarlıqları əks etdirir. Avropa Kimyəvi Maddələr Agentliyi (ECHA) mütəxəssisləri bildirirlər ki, üzərində etiket və ya məcburi təhlükə işarələri olmayan məhsullar ciddi zəhərlənmə riskinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, ECHA-nın İstehlakçı Təhlükəsizliyi Bölməsinin kimyəvi təhlükəsizlik üzrə mütəxəssisi Dr. Anna Müller, son dəyərləndirmələrində belə deyib: "Etiketində məcburi təhlükəsizlik simvolları olmayan heç bir təmizlik məhsulundan istifadə etməyin. Bu cür məhsulların tərkibi və sağlamlığa təsiri məlum deyil."
Təmizlik məhsullarının üzərindəki təhlükəsizlik simvolları sadəcə məlumatlandırıcı deyil, həm də birbaşa sağlamlığı qoruyan xəbərdarlıqdır. Avropa Birliyi və Türkiyədə qüvvədə olan qaydalara əsasən, hər bir təmizlik vasitəsi qablaşdırmasının üzərində aşağıdakı simvollar olmalıdır:
- Korroziv maddə işarəsi (GHS05)
Dəri və gözlərdə ciddi yanıqlara səbəb ola bilər. Güclü tıxacı açıcılar və soba təmizləyiciləri üçün tipikdir.
- İrritant / Allergen xəbərdarlığı (GHS07)
Dəri qıcıqlanması, tənəffüs həssaslığı və allergik reaksiya riskinə işarə edir. Ev tipli vasitlərdə ən çox rast gəlinən simvollardandır.
- Ətraf mühit üçün təhlükəli simvolu (GHS09)
Su canlıları üçün zərərli ola biləcəyini göstərir. Birbaşa kanalizasiya və ya axara tökülməməlidir.
- Yanan maddə xəbərdarlığı (GHS02)
Aerozol və ya həlledici əsaslı təmizlik məhsullarında ola bilər.
Dr. Müller əlavə edib: "Simvol yoxdursa, risk müəyyən edilə bilməz. Bu isə istifadəçini tamamilə müdafiəsiz qoyur."
Simvollar təkbaşına kifayət etmir. Deterjanlarda aşağıdakı məlumatlar da mütləq olmalıdır:
- Məhsulun istifadə məqsədi
- Düzgün istifadə təlimatı
- İstehsalçı və ya istehlkçı məlumatları
- Tərkib və allergen bildirişləri
- UFI kodu - Zəhərlənmə halında məhsulun formulunu sürətlə müəyyən etmək üçün
- Partiya / lot nömrəsi
ECHA-nın hesabatına görə, bu məlumatların olmaması məhsulun etibarsız olduğunu və "icazəsiz istehsal" ehtimalını gücləndirir.
Mütəxəssislərin fikrincə, açıq satılan və ya markasız təmizləyici məhsullar ciddi sağlamlıq riski yaradır. Belə məhsullarda:
- Kimyəvi tərkib bilinmir
- Dəri və göz yanığı riski artır
- Tənəffüs yolu ilə daxil olduqda ağciyər zədələnməsi yarana bilər
- Ev heyvanları üçün zəhərlənmə riski yüksəlir
- Təcili vəziyyətdə həkimlər müdaxilə edə bilmir - çünki formul məlum deyil
Hesabatda Avropadakı zəhərlənmə mərkəzlərinə edilən müraciətlərin bir hissəsinin etiketsiz təmizlik məhsullarından qaynaqlandığı qeyd olunur.
Dr. Müller və ECHA mütəxəssisləri istehlakçılara aşağıdakı tövsiyələri verir:
- Etiketdəki simvolların tam olub-olmadığını yoxlayın
- Orijinal, açılmamış məhsulları seçin
- Açıqda satılan məhsullardan uzaq durun
- Mümkünsə ekoloji sertifikatlı məhsulları alın
- Allergiya xəbərdarlıqlarını diqqətlə oxuyun
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Ərdoğan Qazaxıstana getdi
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
"Ziraat Bank Azərbaycan" istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Röya qaçhaqaçda! - VİDEO
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı
-
Hava kəskin DƏYİŞİR: Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
64 yaşlı müğənninin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
-
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTO
-
"Hədiyyələr alıb, soyunmağa məcbur edirdi" - Maykl Ceksonun "gizli ailəsi" danışdı - FOTO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Mourinyonu “Real”ın baş məşqçisi kimi görmək istəmir
-
Siqareti tərgidənlərin NƏZƏRİNƏ - Ekspertdən tövsiyələr
-
Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi - CƏDVƏL





