Təmizlik vasitələrinin üzərində bu simvollar yoxdursa, əsla istifadə etməyin

23 Noyabr 2025 08:08

Ev təmizliyində istifadə olunan vasitələrin üzərindəki təhlükəsizlik nişanları bir çox insanın fərqinə varmadığı həyati əhəmiyyətli xəbərdarlıqları əks etdirir. Avropa Kimyəvi Maddələr Agentliyi (ECHA) mütəxəssisləri bildirirlər ki, üzərində etiket və ya məcburi təhlükə işarələri olmayan məhsullar ciddi zəhərlənmə riskinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, ECHA-nın İstehlakçı Təhlükəsizliyi Bölməsinin kimyəvi təhlükəsizlik üzrə mütəxəssisi Dr. Anna Müller, son dəyərləndirmələrində belə deyib: "Etiketində məcburi təhlükəsizlik simvolları olmayan heç bir təmizlik məhsulundan istifadə etməyin. Bu cür məhsulların tərkibi və sağlamlığa təsiri məlum deyil."

Təmizlik məhsullarının üzərindəki təhlükəsizlik simvolları sadəcə məlumatlandırıcı deyil, həm də birbaşa sağlamlığı qoruyan xəbərdarlıqdır. Avropa Birliyi və Türkiyədə qüvvədə olan qaydalara əsasən, hər bir təmizlik vasitəsi qablaşdırmasının üzərində aşağıdakı simvollar olmalıdır:

- Korroziv maddə işarəsi (GHS05)

Dəri və gözlərdə ciddi yanıqlara səbəb ola bilər. Güclü tıxacı açıcılar və soba təmizləyiciləri üçün tipikdir.

- İrritant / Allergen xəbərdarlığı (GHS07)

Dəri qıcıqlanması, tənəffüs həssaslığı və allergik reaksiya riskinə işarə edir. Ev tipli vasitlərdə ən çox rast gəlinən simvollardandır.

- Ətraf mühit üçün təhlükəli simvolu (GHS09)

Su canlıları üçün zərərli ola biləcəyini göstərir. Birbaşa kanalizasiya və ya axara tökülməməlidir.

- Yanan maddə xəbərdarlığı (GHS02)

Aerozol və ya həlledici əsaslı təmizlik məhsullarında ola bilər.

Dr. Müller əlavə edib: "Simvol yoxdursa, risk müəyyən edilə bilməz. Bu isə istifadəçini tamamilə müdafiəsiz qoyur."

Simvollar təkbaşına kifayət etmir. Deterjanlarda aşağıdakı məlumatlar da mütləq olmalıdır:

ECHA-nın hesabatına görə, bu məlumatların olmaması məhsulun etibarsız olduğunu və "icazəsiz istehsal" ehtimalını gücləndirir.

Mütəxəssislərin fikrincə, açıq satılan və ya markasız təmizləyici məhsullar ciddi sağlamlıq riski yaradır. Belə məhsullarda:

Hesabatda Avropadakı zəhərlənmə mərkəzlərinə edilən müraciətlərin bir hissəsinin etiketsiz təmizlik məhsullarından qaynaqlandığı qeyd olunur.

Dr. Müller və ECHA mütəxəssisləri istehlakçılara aşağıdakı tövsiyələri verir:

Lalə Qüdrətova
Milli.Az