Ölkə

Bakıda tıxacda qalan sürücü nömrəni söküb avtobus zolağına daxil oldu - VİDEO

23 Noyabr 2025 11:06
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda tıxacdan çıxış yolu olmayan sürücü qanunsuz hərəkət edərək avtobus zolağına daxil olub.

Milli.Az-ın məlumatına görə, sürücü avtomobilin qeydiyyat nömrəsini sökərək ictimai nəqliyyat zolağından istifadə etməyə çalışıb.

Bu hallar şəhərdə yol hərəkəti qaydalarının pozulması hesab olunur və ciddi cərimə tədbirləri ilə nəticələnir. Belə pozuntular İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 400 manat cərimə ilə nəticələnir.

Sürücülərə xəbərdarlıq edilir ki, avtobus və təcili yardım zolaqlarından yalnız aidiyyəti olan nəqliyyat vasitələri istifadə edə bilər. Qaydaların pozulması həm təhlükəsizlik, həm də ictimai nəqliyyatın hərəkətinə maneə yaradır.

Sözügedən görüntüləri təqdim edirik:

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.