Dünya

Hindistandakı naməlum xəstəliyin ilkin səbəbi açıqlandı

31 Avqust 2021 12:38
0 Şərh     Baxış: 1 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda ötən həftədən etibarən yayılan müəmmalı qızdırmalı xəstəliyin mənşəyi barədə ilkin versiya irəli sürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəliyin geniş yayıldığı Uttar-Pradeş ştatının rəhbərliyi bu "sirli qızdırmalı xəstəliy"in denq qızdırması səbəbindən baş verə biləcəyini güman edir. Bu xəstəlik isə əsas olaraq ağcaqanadlar vasitəsilə yayılır.

"Bu cür halların artmasının səbəbi hələ də araşdırılır, lakin əlamətlər denq qızdırmasının simptomlarıdır. Məsələ ilə bağlı ölkənin səhiyyə qurumları məlumatlandırılıb", - deyə Uttar-Pradeş ştatının Baş katibinin səhiyyə məsələləri üzrə müavini Amit Mohan Prasad "İndia TV" telekanalına danışarkən bildirib. 

Qeyd edək ki, ştatın yerli hakimiyyət nümayəndələri naməlum qızdırmalı xəstəlikdən 12-si uşaq olmaqla 70 nəfərin öldüyünü açıqlayıblar.

Xəstəliyə yoluxmuş şəxslərin əksəriyyətində yüksək temperatur, bədəndə suyun və qanda trombositlərin səviyyəsinin enməsi halları müşahidə edilib. Digərlərində isə denq qızdırmasına bənzəyən yüksək temperatur, güclü baş ağrısı, əzələlərdə ağrı, ürəkbulanma və limfa düyünlərinin artması kimi əlamətlər aşkarlanıb.

Açıqlamada qeyd olunur ki, leysan yağışları səbəbindən nəmişlik səviyyəsinin və temperaturun yüksək olması bu regionları qansoran həşəratlar vasitəsilə çoxalan infeksion xəstəliklərin yayılması üçün ideal məkana çevirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.