Dünya

Bəzi Aİ ölkələrində ictimai nəqliyyatda adi tibbi maskalardan istifadə olunmasının qadağan edilməsi qərara alınıb

25 Aprel 2021 20:19
Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının üzvü olan bir sıra ölkələrdə dünəndən etibarən "qəza tormozlama sistemi" qüvvəyə mindi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu tədbir ictimai nəqliyyatda sərnişinlərin qoruyucu maska taxmasına dair əvvəlki tələblərin dəyişdirilməsini nəzərdə tutur. Aİ üzvü olan bəzi ölkələrdə, məsələn, Çexiya, AFR, Slovakiya və Niderlandda vətəndaşlar avtobusda, qatarda və liman bərələrində səfər zamanı FFP2 tipli və ya onları əvəz edən KN95 və N95 növlü tibbi maskalardan istifadə etməli olacaqlar. Həmin ölkələrin qanunverici orqanlarının qəbul etdiyi qərarlara əsasən, dünəndən  etibarən ictimai nəqliyyatda adi tibbi maskalardan istifadə olunması qadağan edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.