Dünya

ABŞ-ın hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub

5 Fevral 2021 19:09
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın 6-cı Hərbi Dəniz donanmasına məxsus "Donald Kuk" (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hərbi gəmini Batumi limanında Gürcüstan DİN-in Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin kapitanı Ramaz Papidze qarşılayıb.

Məlumatda qeyd olunub ki, səfərin məqsədi ABŞ-la Gürcüstan arasında dənizçilik sahəsində əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, "Donald Kuk" hərbi gəmisi idarəolunan raketlər daşıyır. Destroyerin Gürcüstanın Sahil Mühafizəsi ilə planlaşdırılan təlimləri başa vurduqdan sonra, 6 fevral tarixində Gürcüstanın ərazi sularından ayrılacağı bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.