Dünya

Türkiyədə "Evdə qal!" rejimini pozan 51 mindən çox şəxsə qarşı cəza tədbirləri görülüb

4 Yanvar 2021 21:45
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ötən il dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayan "Evdə qal!" rejimi cari il yanvarın 4-də saat 05.00-da başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 80 saatlıq məhdudiyyət qaydalarını pozduqlarına görə, 51 min 152 nəfərə qarşı müxtəlif cəza tədbirləri həyata keçirilib.

Həftənin ilk beş gününün tətbiq olunan məhdudiyyət qaydalarına uyğun olaraq bu gün saat 21.00-dan yanvarın 5-i saat 05.00-dək qısamüddətli "Evdə qal!" rejimi qüvvədə olacaq. Həftənin cümə günü isə yenidən 56 saatlıq məhdudiyyət tətbiq ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.