Dünya

“Ermənistanda vətəndaş müharibəsi ola bilər” - Ter-Petrosyan

6 Dekabr 2020 09:44
Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda güclənən mübarizədən narahatlığını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Erməni Milli Konqresi" partiyasının mətbuat katibi Arman Musinyan "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Ter-Petrosyanın fikrincə, baş nazir Nikol Paşinyanla müxalifətin bu posta namizəd göstərdiyi Vazgen Manukyanın iradəsindən asılı olmayaraq, bu qarşıdurma hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər:

"Ter-Petrosyanın fikrincə, bu isə Ermənistan dövlətçiliyinin sonu ola bilər. O, ümid edir ki, Nikol Paşinyan və Vazgen Manukyan bu təhlükənin tam fərqinə vararaq hadisələrin gedişatından çəkinmək üçün bütün səylərini ortaya qoyacaqlar".

Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefaya getməsi üçün 3 gün möhlət verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.