Dünya

Misirin aeroportlarında yenilik

22 Yanvar 2020 01:30
0 Şərh     Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin Qahirə, Şarm əl-Şeyx, Luksor və Asuan aeroportlarında yaxın günlərdə qədim arxeoloji reproduksiyalar satışa çıxarılacaq. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin Qədim Abidələr Nazirliyinin arxeoloji modellər məmulatları şöbəsi reproduksiyaların ilk partiyasının 20 gün müddətinə ölkə paytaxtının hava limanının "free shop" mağazalarına veriləcəyini bildirib. Bu satış layihəsi həmin nazirliklə Mülki Aviasiya İdarəsi arasında protokola əsasən həyata keçirilir.

Nazirliyin şöbə müdiri Amro əl-Teyibi bildirib ki, satışa çıxarılacaq reproduksiyalar qədim arxeoloji abidələr üzrə yüksək mütəxəssislərin nəzarəti altında hazırlanıb. Onun sözlərinə görə, Misirin müvafiq təşkilatları Qədim Misir abidələrinin təsvirləri və heykəllərin əsasında hazırlanan suvenirlərin keyfiyyətli olmasına xüsusi diqqət yetirirlər. Bu satışlardan əldə olunacaq gəlir isə reproduksiyaların və suvenirlərin istehsalının artırılmasına yönəldiləcək. Şöbə müdiri əlavə edib ki, gələcəkdə bu məhsulların xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Qeyd olunub ki, rəsmi satışa çıxarılacaq arxeoloji reproduksiyaların əqli mülkiyyət hüquqlarının qorunması sayəsində Misirin mədəni və sivilizasiya irsinin təbliğinə daha çox sərmayə qoymaq mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.