Dünya

Tanınmış iş adamı nəvələri ilə birgə təyyarə qəzasında öldü - FOTO

16 Avqust 2024 12:17
Baxış: 2 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın mərkəzi Matu-Qrosu ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli "G1" portalı ştatın hərbi polisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, "King Air" təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb. Təyyarə qəzasının qurbanları 70 yaşlı iş adamı Arni Spirinq, onun iki nəvəsi, Spirinqin həmkarı və pilot olub.

Ştat polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.