Dünya

İsrail hazırlıq görür: Əgər II müharibəyə başlayarsa…

21 İyun 2024 07:45
Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail və Livan arasında müharibə ehtimalı olduqca böyükdür. Netanyahu iqtidarda qaldığı müddətdə hər an müharibə başlaya bilər. Hizbullah da buna hazır olduğunu deyir.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) mütəxəssisi Mehmet Raqiboğlu deyib.

Raqiboğlu Hizbullahla müharibənin daha geniş sahəyə yayılma riskinin olduğunu vurğulayıb:

"Genişmiqyaslı müharibə İsrail üçün ciddi problemlər yarada bilər, çünki Hizbullah HƏMAS deyil, qat-qat güclüdür. Digər tərəfindən müharibənin başlayacağı təqdirdə bu yalnız Hizbullahla məhdudlaşmayacaq və "Həşdi-Şabi" ilə husilər də prosesə qoşulacaq. Adını çəkdiyimiz qruplaşmalar özbaşına deyil və arxalarında müəyyən dövlətlər dayanır. Bu da daha kəskin qütbləşmədən, geosiyasi mübarizənin gərginləşəcəyindən xəbər verir".

Qeyd edək ki, İsrail XİN Livanla müharibəyə çox yaxın olduqları barədə açıqlama verib. Hizbullah lideri Həsən Nəsrullah isə müharibənin başlayacağı təqdirdə İsrailin istənilən nöqtəsini vuracaq gücdə olduqlarını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.