Dünya

Hindistan hərbi istehsalı və ixracını 3 dəfə artıracaq

25 Fevral 2024 11:16
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan hakimiyyəti növbəti beş il ərzində ölkənin hərbi-sənaye kompleksinin ümumi istehsalının və ixracının üç dəfə artacağını gözləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Racanath Sinqh bildirib.

Sinqhin sözlərinə görə, 2022-2023-cü maliyyə ilində (1 apreldən hesablanır) Hindistanın hərbi-sənaye kompleksi istehsalının həcmi ölkə tarixində ilk dəfə olaraq 12 milyard dollardan çox olub.

O xatırladıb ki, növbəti maliyyə ilinin büdcəsində bir il əvvəlki 71,5 milyard dollarla müqayisədə xərclərin 74,8 milyard dollara qədər artırılması nəzərdə tutulur. Büdcədən ən böyük payı isə Müdafiə Nazirliyi alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.