Dünya

“Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib

28 Yanvar 2024 22:34
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nastya İvleyevanın "Mutabor" klubunda keçirdiyi "Çılpaq gecə" barədə Rusiya Prezidenti Vladimir Putinə rejissor Nikita Mixalkov xəbərçilik edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki. bu sözləri rusiyalı tanınmış jurnalist Kseniya Sobçak deyib.

O iddia edib ki, Mixalkov Putinə "666 və şeytan partiyası haqqında şərh"in müşayiəti ilə hadisədən video da göstərib.

"Putin ona hörmət edir, onu sevir və Mixalkov lazım olanda öz mövqeyini çatdırmaq, arqumentlər gətirmək, öz nöqteyi-nəzərini təqdim etmək və inandırmaq qabiliyyətinə malikdir. Ona görə də hakimiyyətdən belə sərt reaksiya oldu", - Sobçak deyib.

Qeyd edək ki, "Çılpaq gecə" qalmaqalı rusiyalı ziyalıların da reaksiyasına səbəb olmuş, hətta bu gecədə iştirak edən Filipp Kirkorovdan "xalq artisti" adının geri alınması tələb edilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.