Dünya

Şengen vizasına müraciətlə bağlı yeni qaydalar qəbul edildi

13 Noyabr 2023 18:03
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa ittifaqı (Aİ) Şurası Şengen vizası üçün onlayn müraciət etməyə imkan verən yeni qaydalar qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, qaydalara əsasən, Avropa İttifaqı onlayn viza müraciəti platforması yaradacaq. İstisna hallar olmaqla, Şengen vizası üçün müraciətlər həmin platforma vasitəsilə həyata keçiriləcək. Platformada Şengen zonasına səyahət etmək istəyən şəxslər bütün müvafiq məlumatları daxil edə, tələb olunan sənədlərin elektron surətlərini yükləyə və viza rüsumlarını ödəyə biləcəklər.

Yeni qaydalara görə, konsulluqda üzbəüz görüşlərə ehtiyac qalmayacaq. Şəxsi görünüş yalnız ilk dəfə müraciət edənlər, biometrik məlumatları artıq etibarlı olmayan insanlar və yeni səyahət sənədi olan şəxslər üçün zəruri olacaq.

Bundan başqa, cari viza stikerini kriptoqrafik olaraq imzalanmış barkod əvəz edəcək.

Qeyd edək ki, yeni qaydaların tətbiqi tarixi viza platforması və rəqəmsal viza üzərində texniki işlər başa çatdıqdan sonra müəyyən ediləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.