Dünya

Rusiya XİN-dən İrəvana TİKANLI CAVAB

4 Noyabr 2023 16:20
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ Roma Əsasnaməsinin ratifikasiyasına qədər Moskva İrəvana sənəddən yan keçmək təklifi vermişdi, buna məhəl qoyulmadı.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiya XİN-in açıqlamasında xatırlatma edilib.

"Rusiya tərəfi nizamnaməni ratifikasiya etmədən Beynəlxalq Cinayət Məcəlləsinin mexanizmlərindən istifadə etməyi təklif edib. Nəticədə İrəvan sənədi "sırf siyasi səbəblərə görə" qəbul edib", - Lenta.ru-nun sorğusuna cavab olaraq deyilir.

Rəsmi Moskva bildirib ki, əgər İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, deməli, Ermənistan hüquq sistemi çərçivəsində bunun üçün imkanlar var.

Qeyd edək ki, son günlər Ermənistan Rusiyanın qəzəbini səngitməkdən ötrü Kremlə müxtəlif mesajlar verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.