Dünya

Timsahı süpürgə ilə qovmaq istədi - VİDEO

16 Noyabr 2022 16:06
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada cəsur bir qadın süpürgə ilə divanın altına girən timsahı qovub.

Milli.Az bildirir ki, internetdə yayılan video "New York Post"-un diqqətini çəkib.

Kadrlarda ev paltarında olan meksikalı qadının divanın altından tapılan balaca timsahı əlinə süpürgə götürərək qovmağa başladığı görünüb. Eyni zamanda o, sakitcə deyib: "Gəl, timsah, artıq öz gölməçənə qayıt. Gəl, sevgilim. Gəl, mənim şirin balam. Gəl, mənim gözəl balam".

Timsah evin sahibəsinin sözləri ilə razılaşıb və çıxışa doğru irəliləməyə başlayıb. Qadın içəri girən timsahla vidalaşmamışdan əvvəl onun quyruğunu sığallayıb. Balaca meksikalı it timsaha sahibindən daha emosional reaksiya verib: o, heyvana hürərək onun ətrafında qaçıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.