Dünya

Zaporojye yenidən raket atəşinə tutuldu

10 Oktyabr 2022 07:41
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 10-a keçən gecə rus qoşunları yenidən Zaporojjyaya raket zərbələri endirib.

Bu barədə Milli.Az Zaporojye vilayətinin rəhbəri Aleksandr Staruxa istinadla xəbər verir.

"Düşmən şəhəri qorxutmaqda davam edir. Təxminən 10-a yaxın raket atılıb. Nəticələr müəyyən edilir".

Xatırladaq ki, oktyabrın 9-da ruslar Zaporojyeyə 20-dən çox raket atıb. Rusiya şəhərə müvəqqəti zəbt olunmuş ərazilərdən - Melitopol və Berdyansk rayonlarından hücum edib.

Hücum nəticəsində doqquz mərtəbəli bina və beş fərdi yaşayış evi qismən dağılıb. İnfrastruktur obyektlərinə və 20 avtomobilə ziyan dəyib.

Son məlumata görə, 14 dinc sakin ölüb, 70-dən çoxu yaralanıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.