Dünya

Hindistan Ermənistana 245 milyonluq silah-sursat göndərir

29 Sentyabr 2022 11:39
Baxış: 3 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "The Economic Times" qəzeti yayıb.

Məlumata görə, sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.

Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan "Pinaka" reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Bildirilir ki, bu müqavilə ilə Hindistan "Pinaka" sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.