Dünya

“TikTok”dakı üsulla yemək hazırlamaq istədi, evi partlatdı - FOTO

9 Sentyabr 2022 11:40
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok"da gördüyü üsulla yemək hazırlamaq istəyən həvəskar kulinar evini partladıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Moskvada qeydə alınıb.

Məlumata görə, o, buterbroddakı pendiri videoda gördüyü şəkildə kulinarlar üçün qaz spreyi ilə əritmək istəyib. Ancaq bu vaxt 220 qramlıq balon alışıb. Gənc dərhal onu  vannaya atıb, ancaq bu mənzili dəyən ziyandan xilas edə bilməyib. Partlayış nəticəsində iki otağın pəncərəsinin şüşələri çilik-çilik olub.

Xoşbəxtlikdən ev sahibi və həyat yoldaşı xəsarət almayıb.

Polis baş verənlərlə bağlı yoxlamalara başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.