Dünya

General Ukraynaya Krım körpüsünü partlatmağı məsləhət görüb

8 İyul 2022 19:32
0 Şərh     Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun Avropa Ordusunun keçmiş komandanı, general Filip Bridlav Ukrayna Silahlı Qüvvələrinə (ASQ) Rusiyanı zəiflətmək üçün növbəti hədəfə diqqət yetirməyi tövsiyə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Alyansın keçmiş komandanının sözlərinə görə, Kiyev Kerç boğazından keçən Krım körpüsünə hücum edə bilər. General körpüyə ABŞ-ın iyun ayında Ukraynaya tədarük etdiyi "Harpun" gəmi əleyhinə raketləri ilə zərbə endirməyi məsləhət görüb.

Bridlavın fikrincə, Ukraynanın Krım körpüsünə hücumu tamamilə haqlıdır. O, Kramatorskdakı dəmiryol vağzalına vurulan zərbəni xatırladıb.

"Kerç körpüsü - qanuni hədəfdir", - deyə general fikrini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.