Dünya

“Formula-1”də inanılmaz UDUŞ

19 İyun 2022 20:53
0 Şərh     Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Formula-1" yarışlarında ən ağlasığmaz kupon bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, finlandiyalı proqnozsevər 166 min 990 əmsallıq uduşa sevinib.

Adı açıqlanmayan şimallı bu uğuruna iki il öncə Montsadakı yarışda sevinib. O, fransalı Pyer Qaslinin həyatında ilk dəfə mərhələ qalibi olacağını düz tapıb. Baxmayaraq ki, "Alfa Tauri"nin pilotu təsnifatda 10-cu yerlə kifayətlənib.

Finlandiyalı Karlos Saynsın ikinci, Lens Strollun üçüncü olacağını da öz kuponunda qeyd edib. Sensasiya ilə başa çatan yarışın ilk "üçlüy"ə dəqiq mərc etməsi isə ona 166 min 990 əmsallıq qazanc gətirib.

O, kuponuna cəmi 20 sent qoyub. Nəticədə "Formula-1"də 33 min 398 avro əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.