Dünya

Zukerberqin “sağ əli” istefa verdi

2 İyun 2022 08:38
0 Şərh     Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Meta"nın əməliyyat direktoru, Mark Zukerberqin "sağ əli" adlandırılan Şeril Sandberq şirkətdəki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, qərarını feysbuk səhifəsində elan edib.

Sandberq qeyd edib ki, o, vəzifəsini tərk edir, lakin "Meta"nın direktorlar şurasında qalacaq. Onun yerini uzun illər şirkətin inkişafına rəhbərlik etmiş Xavyer Olivan tutacaq. Rəsmi olaraq o, bu ilin payızında tutduğu vəzifədən istefa verəcək.

"Bloomberg"ə verdiyi müsahibədə Sandberq zarafatla qeyd edib ki, bu, heç də göründüyü kimi asan qərar olmadı:

"Bu qərar mənim üçün asan olmadı, amma artıq 14 il keçdi. Xeyriyyə fondum  üzərində daha çox işləyə bilmək üçün daha çox zaman ayırmaq istəyirəm".

Qeyd edək ki, Sandberq feysbuka 2008-ci ildə gəlib. Onun şirkətin sosial şəbəkədən İT nəhənginə çevrilməsində əsas rol oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.