Dünya

"İziumun cənubunda şiddətli döyüşlər gedir" - Britaniya MN

26 Aprel 2022 10:06
0 Şərh     Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya qüvvələri Ukraynada şimal və şərq istiqamətlərindən Sloviansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə cəhd edir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində yer alıb.

"Kreminna şəhəri, demək olar ki, çöküb. İziumun cənubunda şiddətli döyüşlər gedir. Ukrayna qüvvələri Rusiyanın cənubdan potensial hücumuna hazırlaşmaq üçün Zaporojjyada müdafiə vasitələri hazırlayır. Böyük Britaniya və beynəlxalq tərəfdaşlarımız Ukraynanı dəstəkləməyə davam edir. Böyük Britaniya hökuməti Ukraynaya bir sıra iqtisadi, humanitar və müdafiə xarakterli hərbi yardım göstərir və Rusiya və Belarusa qarşı əlavə sanksiyalar tətbiq edir.", - paylaşımda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.