Dünya

Zelenskinin həyat yoldaşı: "Nə ağlayıram, nə də qorxuram!" - FOTO

3 Mart 2022 20:06
3 Şərh     Baxış: 4 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenski ölkəsini tərk etməyəcəyini açıqlayıb.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edən Olena müharibəyə görə nə qorxduğunu, nə də ağladığını bildirib. "First Lady" Ukrayna xalqına səslənərək onların yanında olduğunu vurğulayıb:

"Əziz xalqım, ukraynalılar! Bu gün hamınızı izləyirəm! Televiziyada, küçələrdə, sosial şəbəkələrdə... Yayımladığınız paylaşımlara baxıram. Bilirsiniz? Siz hər biriniz möhtəşəmsiniz! Sizinlə eyni ölkədə yaşadığım üçün qürur duyuram!

Biz nəhəng orduyuq. Və bu gün nə ağlayıram, nə də qorxuram! Sakit və hüzur doluyum. Uşaqlarım mənə baxır. Onların, həyat yoldaşımın və sizin yanınızdayam. Sizi sevirəm! Ukraynanı sevirəm!"

Qeyd edək ki, Olena həyat yoldaşı Volodimir Zelenskinin ən böyük dəstəkçisidir. O, 2019-cu ilin mayında ərinin prezident seçilməsindən sonra Ukraynanın "First Lady"si olub.  

Olena həyat yoldaşı ilə eyni universitetdə oxuyub. Zelenski hüquq, xanımı Olena isə memarlıq ixtisası üzrə təhsil alıblar. Onlar 2003-cü sentyabrında ailə həyatı qurublar. Olena ilə Zelenskinin Aleksandra adlı qızı, Kirilo adlı bir oğlu var. Aleksandra 18, Kirilo isə 9 yaşındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.