Dünya

Zendaya serial çəkilişi zamanı ayağından zədələnib

9 Fevral 2022 13:26
0 Şərh     Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı aktrisa, müğənni və model Zendaya "Eyforiya" ("Euphoria") serialının ikinci mövsümünün beşinci bölümünün çəkilişi zamanı ayağından zədələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Aktrisanın sözlərinə görə, hadisə personajı Runun bacısının otağının qapısına təpiklə vuraraq gizlədilmiş narkotik maddələrini axtarması barədə kadrların çəkilişi zamanı baş verib.

"Çətin gün idi. Travma aldım. Ayaqlarımda qançırlar var idi, bir neçə çapıq qaldı", - deyə Zendaya xatırlayır.

Sem Levinsonun "Eyforiya"sının ilk sezonu 2019-cu ildə işıq üzü görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.