Dünya

“Ukrayna “Titanik” deyil ki, qaçmaq lazım olsun” - Zelenski

29 Yanvar 2022 08:32
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ölkələrin səfirliklərinin əməkdaşlarının Ukraynadan təxliyə edilməsini səhv addım adlandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, indiki şəraitdə vacib olmayan kadr yoxdur.

"Diplomatların təxliyəsi çox vacib siqnaldır. Hamı buna baxır - bu və ya digər Aİ ölkəsi, Böyük Britaniya və ya ABŞ necə reaksiya verəcək?. Hesab edirəm ki, səfirliyin əməkdaşları burada qalmalıdırlar. Onlar kapitandırlar, diplomatik korpusun kapitanları, hörmətli ölkələrin nümayəndələri və kapitanlar gəmini sonuncu tərk etməlidirlər", - deyə Zelenski bildirib.

O, daha sonra sözlərinə əlavə edib: "Ukrayna "Titanik" deyil ki, qaçmaq lazım olsun".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.