Dünya

Husilər Birləşmiş Ərəb Əmirliklərinin hərbi texnika daşıyan gəmisini ələ keçirdi

4 Yanvar 2022 16:30
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yəmənin şimalında fəaliyyət göstərən husilər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gəmisini "düşmənçilik hərəkətləri" ittihamı ilə ələ keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gəminin Yəmənin şimalında Səudiyyə Ərəbistanının Cizan liman şəhərinə getdiyi qeyd edilib.

Səudiyyə mediası bildirib ki, gəmi ötən gecə Qırmızı dənizdə atəşə tutulub.

Səudiyyə Ərəbistanı gəmidə tibbi avadanlıq olduğunu, husilər isə gəminin hərbi texnika daşıdığını iddia edib. Husilərin hərbi sözçüsü bəyan edib ki, gəmidəki hərbi texnika Yəmən xalqının təhlükəsizliyi və sabitliyinə təhdiddir.

Yəmənin şimalında husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın dəstəklədiyi hökumət qüvvələri arasında müharibə altı ildən çoxdur ki, davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.