Türkiyə

Türkiyə kəşfiyyatı PKK-nın Suriyadakı başçılarından birini zərərsizləşdirdi - FOTO

25 Dekabr 2023 11:21
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya Ərəb Respublikasının şimalında PKK rəhbərliyinin nümayəndəsi zərərsizləşdirilib. Türkiyə kəşfiyyatının bölməsi onu aşkar edib aradan qaldırmağa nail olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Qeyd olunur ki, MİT sahə agentləri xüsusi əməliyyat keçirərək "Bahoz Afrin" ləqəbi ilə fəaliyyət göstərən PKK üzvünü məhv ediblər. O, Kobani bölgəsinə rəhbərlik edib.

"Türkiyə təhlükəsizlik güclərindəki mənbələrə əsasən MİT Bahoz Afrinin Suriya-Türkiyə sərhədində təhlükəsizlik qüvvələrinə qarşı yeni əməliyyat hazırladığı barədə məlumat alıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri aviasiya qruplarının köməyi ilə kürd döyüş qruplarının istifadə etdiyi Türkiyə və Suriyanın şimal bölgələrindəki istehkamların məqsədli hücum manevri həyata keçirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.