Türkiyə

Zəlzələdə dağılan binanın podratçıları 16 min dollarla Gürcüstana qaçarkən saxlanıldı

12 Fevral 2023 16:47
Baxış: 2 078
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Adıyaman şəhərində dağılan bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Gürcüstana qaçmaq istəyərkən yaxalanıb.

Podratçıların bu gün İstanbul Hava Limanının Beynəlxalq Terminalında şəxsiyyət yoxlaması zamanı saxlanıldığı bildirilir.

Yavuz Karakuş və Sevilay Karakuşun üzərində 16 min dollardan çox pul olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.