Türkiyədə barəsində 49 müxtəlif cinayət işi üzrə axtarış elan olunan Mehmet Avcu polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Milli.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Konya polisi Avcunun Meram rayonunun Yaylapınar məhəlləsində yerləşən evlərdən birində gizləndiyini müəyyən edib.
Cumhuriyyət Baş Prokurorluğunun qərarı əsasında səhər saatlarında ünvana əməliyyat təşkil olunub. Evdə aparılan axtarış zamanı şübhəli şəxs yataq otağındakı qarderobun üst bölməsində, yorğan-döşəyin arxasında gizlənmiş halda aşkarlanıb.
Mehmet Avcu dərhal nəzarətə alınaraq istintaqa təhvil verilib.
Hüseyn
Milli.Az





