Tarixçi İlber Ortaylının ciddi sağlamlıq problemləri ilə mübarizə apardığı ortaya çıxıb.
Milli.Az xəbər verir ki, onun yaxın dostu, jurnalist Fatih Altaylı "Xahiş edirəm onu dualarınızda və xoş arzularınızda yad edin" deyib.
O, keçən ay iki əməliyyat keçirib.
15 fevral tarixli məqaləsində Ortaylı əməliyyatın uğurlu keçdiyini bildirsə də, sonradan qəfil ağırlaşma yaşadığını və ikinci bir əməliyyatla qanaxmanın dayandırıldığını izah edib.
Ortaylı məqaləsində səhiyyə işçilərinə təşəkkür edərək bildirib: "Keçən həftəki əməliyyat uğurlu keçdi. Gözəl, çalışqan tibb bacıları növbədə idilər. Lakin bu bazar gecəsi birdən özümü pis hiss etdim. Qəfil qanaxmanı dayandırmaq üçün yeni bir əməliyyat edildi" .
Milli.Az





