Bakıda fəaliyyət göstərən kuryerin sosial şəbəkədə etdiyi paylaşım istifadəçilərin diqqətini çəkib.
Milli.Az-ın məlumatına görə, paylaşımda kuryer bildirib ki, müştəri tərəfindən cəmi 1 ayran sifariş edilib və bunun üçün çatdırılma haqqı olaraq 6 manat ödənilib. Lakin sifarişin digər detalları onu xeyli təəccübləndirib.
Kuryerin sözlərinə görə, digər müştəri ayranla yanaşı 1 şokolad və 1 vafl da alıb. Məhsulların ümumi hesabı isə 92 manat təşkil edib. Bu məbləği görəndə çox təəccübləndiyini deyən kuryer həmin anı sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Paylaşım qısa müddətdə istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bəziləri qiymətin yüksək olduğunu qeyd etsə də, digərləri sifarişin hansı məkandan verildiyi və məhsulların real qiyməti ilə bağlı suallar səsləndiriblər.
Musa
Milli.Az





