Türkiyənin Aksaray şəhərində iki motosiklet toqquşub.
Milli.Az xəbər verir kİ, toqquşma nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılara hadisə yerində təcili yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya aparılıblar.
Qəza şəhərin Şifahane məhəlləsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı O.H.G-nin idarə etdiyi 50 MA 2316 dövlət nömrə nişanlı motosiklet ilə 36 yaşlı G.Ç.-nin idarə etdiyi üçtəkərli elektrik motosikleti yol ayrıcında toqquşub.
Toqquşmanın təsirindən motosiklet sürücüləri və sərnişinlər - MA və Z.Ç. yola düşərək müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Tibb işçiləri yaralılara hadisə yerində ilkin yardım göstəriblər.
Faktla bağlı araşdırma aparılır.
Fidan
Milli.Az





